Yuxarı

Bakıda külək ağacı avtomobilin üzərinə aşırdı

​Bakıda külək ağacı avtomobilin üzərinə aşırdı

1164

Güclü külək paytaxtda bir sıra fəsadlar törədib.

"Report"un məlumatına görə, axşam saatlarında əsməyə başlayan külək Yasamal rayonunda ağacı avtomobilin üzərinə aşırıb.

Ağac sakinlərin köməkliyi ilə yolun kənarına qoyulub. Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib.

Təbii hadisə zamanı paytaxtın digər ərazilərində də ağacların budaqları qırılaraq yola düşüb. Bəzi yerlərdə isə ağaclar güclü küləyin təsirindən kökündən qopub. Külək o cümlədən Təbriz küçəsində də ağacı aşırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi