Bakı. 13 dekabr. REPORT.AZ/ Bakının Nizami rayonu ərazisində küçədə yeni doğulmuş oğlan uşağı tapılıb.
"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, rayonun R.Rüstəmov küçəsində yeni doğulan oğlan uşağı tapılıb və o, Q.Qarayev adına 2 saylı Uşaq Xəstəxanasına təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.