Bakıda küçədə pilləkənlərdən yıxılan kişi ölüb

Bakıda küçədə pilləkənlərdən yıxılan kişi ölüb Meyitin şəxsiyyəti müəyyənləşdirilir
Hadisə
11 Dekabr , 2017 07:11
Bakıda küçədə pilləkənlərdən yıxılan kişi ölüb

Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda küçədə pilləkənlərdən yıxılan kişi ölüb.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, Badamdar şossesi ilə Parlament prospektinin kəsişməsində olan piyada keçidinin pilləkənlərində təxminən 50-55 yaşlı kişi yıxılaraq kəllə-beyin travması alıb. Yaralı xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Hadisənin dəqiq təfərrüatları araşdırılır.

Son xəbərlər

Orphus sistemi