Bakıda köşkdən oğurluq edilib.
Bu barədə "Report"a
Belə ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 14-nə keçən gecə rayon ərazisindəki köşklərin birindən 856 manat, 1480 manat dəyərində tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini O.Abdullayev və Şahbuz rayon sakini olan bir yeniyetmə saxlanılıb.
Ətraflarında aparılan tədbirlərlə onların Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş K.Mustafayevlə birgə daha 4 mağazadan pul, mobil telefon, tütün məmulatı və spirtli içki oğurlamaları, habelə 1 mağazadan oğurluğa cəhd göstərmələri də müəyyən edilib.
K.Mustafayev də polis əməkdaşları tərəfindən saxlanılıb.