Bakı. 26 yanvar. REPORT.AZ/ Paytaxtda köməksiz vəziyyətdə qalmış 2 nəfər xilas edilib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən (FHN) xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə Bakının Xətai rayonunda 2 nəfərin liftdə qalması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.