Bakı. 24 dekabr. REPORT.AZ/ Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
"Report" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açaraq vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 20:34-də başa çatıb.