Bakıda kollecdən oğurluq edən şəxs həmin təhsil müəssisəsində fəhlə işləyib - FOTO

Bakıda kollecdən oğurluq edən şəxs həmin təhsil müəssisəsində fəhlə işləyib - FOTO Polis əməkdaşları Həsən Abdullayevin digər cinayətlərdə iştirakını istisna etmirlər
Hadisə
2217
6 Oktyabr , 2016 13:50
Bakıda kollecdən oğurluq edən şəxs həmin təhsil müəssisəsində fəhlə işləyib - FOTO

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bakı İdarəetmə və Texnologiya Kollecindən 34 ədəd noutbuk, 3 ədəd proyektor və monitor oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini Həsən Abdullayev Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 18-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən saxlanılıb.

“Report”un xəbərinə görə, məlum olub ki, H.Abdullayev sözügedən kollecdə fəhlə işləyib və çalışdığı dövr ərzində kollecin saxlanc yerinin açarlarını qanunsuz olaraq əldə edib. Bundan sonra o, saxlanc yerindən müxtəlif vaxtlarda oğurluq edib. Oğurladığı noutbuk və digər kompüter avadanlığı Bakının müxtəlif ticarət mərkəzlərində satıb.

Qeyd edilən faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Polis əməkdaşları H.Abdullayevin digər cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov RPİ-yə və ya 18-ci Polis Bölməsinə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi