Bakıda klinikada soyğunçuluğa cəhd edən şəxslərə hökm oxunub

Bakıda klinikada soyğunçuluğa cəhd edən şəxslərə hökm oxunub Cinayət işi üzrə məhkəmə prosesi başa çatıb
Hadisə
25 Aprel , 2017 12:50
Bakıda klinikada soyğunçuluğa cəhd edən şəxslərə hökm oxunub

Bakı. 25 aprel REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluğa cəhd etməkdə təqsirləndirilən 1990-cı il təvəllüdlü Fəhmin Atakişiyev və 1990-cı il təvəllüdlü Fikrət Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Rzayev 5 il 6 ay və F.Atakişiyev isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, təqsirləndirilən şəxslər Bakıda yerləşən klinikaların birinə daxil olaraq, oradakı əməkdaşlara zor tətbiq ediblər. F.Rzayevlə F.Atakişiyev həmin şəxslərdən birini yaralayıblar.

Soyğunçuluq əməlində 3-cü şəxsin iştirakı da sonradan müəyyən olunub, lakin həmin şəxsin barəsində ayrıca cinayət işi başlanılıb.

Cinayət işi üzrə zərərçəkmiş Xəyalə Piriyeva və Səlim Eyvazovdur.

F.Rzayev və F.Atakişiyev Cinayət Məcəlləsinin 29.180-ci (soyğunçuluğa cəhd) maddəsi ilə ittiham olunublar.

Son xəbərlər

Orphus sistemi