Bakıda kişini bıçaqlayan şəxs tutuldu

Bakıda kişini bıçaqlayan şəxs tutuldu Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
19 Dekabr , 2020 13:21
Bakıda kişini bıçaqlayan şəxs tutuldu

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis Şöbəsinin (RPŞ) 23-cü Polis Bölməsinə (PB) dekabrın 18-i saat 17 radələrində Keşlə qəsəbəsi ərazisində yaşayan H.Rzaxanovun qarın və qol nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Keşlə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Z.Əhmədov saxlanılıb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi