Bakıda kişi qısqanclıq zəminində həyat yoldaşını bıçaqlayıb

Hadisə
  • 17 fevral, 2018
  • 02:31
Bakıda kişi qısqanclıq zəminində həyat yoldaşını bıçaqlayıb

Bakı. 17 fevral. REPORT.AZ/ Bakının Yasamal rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, Abbas Mirzə Şərifzadə küçəsindəki mənzildə yaşayan 1981-ci il təvəllüdlü Ağayeva Ramilə Balaqardaş qızı həyat yoldaşı ilə mübahisə edib.

Bu zaman o, bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis bölməsində araşdırma aparılır.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

44 filmi