​Bakıda kişi meyti tapılıb

​Bakıda kişi meyti tapılıb Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır
Hadisə
1 Fevral , 2016 10:36
​Bakıda kişi meyti tapılıb

Bakı. 1 fevral. REPORT.AZ/ Bakıda kişi meyti tapılıb.

"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə yanvarın 29-da Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, F.Abbasov küçəsində baş verib.

Gürcüstan vətəndaşı, 1966-cı il təvəllüdlü Şahmuradov Nurəddin Rüstəm oğlunun meyiti qarajda maşının içərisində uzanılı vəziyyətdə tapılıb. Onun üzərində zorakılıq əlaməti olmayıb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi