Yuxarı

Bakıda kişi meyiti tapılıb

Onun şəxsiyyətinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır

Bakı. 29 noyabr. REPORT.AZ/ Bakının Nizami rayonu ərazisində üzərində zorakılıq əlamətləri görünməyən kişi meyiti tapılıb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Q.Qarayev prospekti ev 84-ün qarşısında üzərində zorakılıq əlamətləri görünməyən 50-55 yaşlı kişi meyiti aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub. Meyitin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi