Bakıda kişi döyülərək tanınmaz hala düşüb

Bakıda kişi döyülərək tanınmaz hala düşüb Bakıda döyülmə hadisəsi baş verib.
Hadisə
3441
2 Avqust , 2020 06:40
Bakıda kişi döyülərək tanınmaz hala düşüb

Bakıda döyülmə hadisəsi baş verib.

"Report"un məlumatına görə hadisə, Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Əliyev Camal Fərhad oğlu qonşusu tərəfindən döyulərək ağır bədən xəsarətləri alıb. Başından aldığı zərbə ilə qan itirən və sifəti tanınmaz hala düşən yaralı təcili yardımın köməkliyi ilə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb, müayinə zamanı onun üz və təpə-ənsə nahiyəsində çoxsaylı zərbələr aşkarlanıb.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.