Bakıda arvadını və qızını bıçaqlayıb qaçan kişi tutulub - YENİLƏNİB

Bakıda arvadını və qızını bıçaqlayıb qaçan kişi tutulub - YENİLƏNİB Yaralılar xəstəxanaya yerləşdirilib
Hadisə
31 Oktyabr , 2016 13:30
Bakıda arvadını və qızını bıçaqlayıb qaçan kişi tutulub - YENİLƏNİB

*** ilk xəbər saat 09:38-da yayımlanıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakıda sərxoş kişi ailə münaqişəsi zəminində arvadını və qızını bıçaqlayıb.

"Report"un xəbərinə görə, hadisə Xəzər rayonu, Qala qəsəbəsi, Süleyman Rəhimov küçəsi 81 ünvanında qeydə alınıb.

Belə ki, 1960-cı il təvəllüdü Rəhimov Əliqismət Heydər oğlu sərxoş vəziyyətdə qızı Tünzalə Şıxəliyevanın evinə gedərək həyat yoldaşı 51 yaşlı Qönçə Umudova ilə mübahisə edib. O, mətbəx bıçağı ilə Q.Umudovaya iki, qızı 22 yaşlı Aytac Rəhimliyə bir bıçaq zərbəsi vurub. Daha sonra həmin şəxs qaçaraq evdən uzaqlaşıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Xəzər Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları cinayət əməlini törədən Ə.Rəhimovu saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi