Bakıda kişi arvadını döyüb, ütü ilə əlini yandırıb

Bakıda kişi arvadını döyüb, ütü ilə əlini yandırıb Faktla bağlı cinayət işi başlanıb
Hadisə
23 İyul , 2015 18:33
Bakıda kişi arvadını döyüb, ütü ilə əlini yandırıb

Bakı. 23 iyul. REPORT.AZ/ Bakının Sabunçu rayonu, Zabrat qəsəbə sakini Aliyə Mansurovanın həmin ünvanda qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək xəsarət alması, eləcə də ütü vasitəsi ilə əlini yandırması faktına görə Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. “Report”un xəbərinə görə, bu barədə Bakı şəhər Baş Polis idarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumatda bildirilib.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi