Bakıda kirayədə yaşayan şəxs bıçaqlanıb

Bakıda kirayədə yaşayan şəxs bıçaqlanıb Bakı. 8 sentyabr. REPORT.AZ/ Bakıda kirayədə yaşayan şəxs bıçaqlanıb.
Hadisə
8 Sentyabr , 2018 12:25
Bakıda kirayədə yaşayan şəxs bıçaqlanıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bakıda kirayədə yaşayan şəxs bıçaqlanıb. 

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. 

Belə ki, sentyabrın 8-nə keçən gecə Sabunçu rayonu ərazisində kirayədə yaşayan Tərtər rayon sakini Əlibala Ağalarov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Sabunçu rayon Polis idarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Mətləb Zalov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi