Bakıda kimyəvi təmizləmə məntəqəsində yanğın zamanı ölənin şəxsiyyəti məlum olub - VİDEO - YENİLƏNİB-2

Bakıda kimyəvi təmizləmə məntəqəsində yanğın zamanı ölənin şəxsiyyəti məlum olub - VİDEO - YENİLƏNİB-2 Daha bir nəfər isə xəsarət alıb
Hadisə
18 İyul , 2017 13:10
Bakıda kimyəvi təmizləmə məntəqəsində yanğın zamanı ölənin şəxsiyyəti məlum olub - VİDEO - YENİLƏNİB-2
Report.az

Video əlavə olunub


*** saat 11:32

Bakı. 18 iyul. REPORT.AZ/ Bakının Cəfər Cabbarlı 28 ünvanında kimyəvi təmizləmə məntəqəsində baş verən yanğında ölən şəxsin adı məlum olub.

"Report"un xəbərinə görə, bu, 67 yaşlı Yusubov Mustafa Leysan oğludur. Daha bir nəfər isə xəsarət alıb.


*** saat 10:57

Bakı. 18 iyul. REPORT.AZ/ Bakının Cəfər Cabbarlı 28 ünvanında kimyəvi təmizləmə məntəqəsində baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən "Report"a bildirilib ki, məlumat daxil olan andan hadisə yerinə yanğınsöndürən briqadaları cəlb edilib.

Yanğının qarşısı saat 9:26-da tam alınıb.

İçəridə qalan tüstüdən zəhərlənərək ölmüş şəxsin meyiti çıxarılaraq aidiyyatı quruma təhvil verilib.


Video: Elşən Baba

Son xəbərlər

Orphus sistemi