Bakıda keçmiş XİN başçısının iştirakı ilə qəza baş verib, piyada ölüb - EKSKLÜZİV

Bakıda keçmiş XİN başçısının iştirakı ilə qəza baş verib, piyada ölüb - EKSKLÜZİV Tofiq Zülfüqarov piyadanı avtomobilin yan güzgüsü ilə vurub
Hadisə
450
16 Sentyabr , 2017 11:57
Bakıda keçmiş XİN başçısının iştirakı ilə qəza baş verib, piyada ölüb - EKSKLÜZİV

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bakı şəhəri, Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un xəbərinə görə, piyada Uğur Vəliyev naməlum avtomobilin sürücüsü tərəfindən vurulub və o, hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində piyadanın əvvəlcə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun idarə etdiyi “Mercedes” markalı avtomobilin yan güzgüsü ilə vurulduğu, daha sonra piyadanın üstündən Rasim Əskərovun idarə etdiyi “Ford” markalı yük maşınının keçdiyi məlum olub.

Polis faktla bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi