Bakıda keçmiş qonşusunu öldürən şəxs Ali məhkəməyə müraciət edib

Bakıda keçmiş qonşusunu öldürən şəxs Ali məhkəməyə müraciət edib İşə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baxılacaq
Hadisə
13 Fevral , 2017 12:30
Bakıda keçmiş qonşusunu öldürən şəxs Ali məhkəməyə müraciət edib

Bakı. 13 fevral. REPORT.AZ/ Sulutəpə qəsəbəsində keçmiş qonşusunu öldürməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Eynalov Samir Həsrət oğlu barəsində olan hökmdən kassasiya şikayəti verib.

“Report”un məlumatına görə, Ali Məhkəmədə keçiriləcək iclas fevralın 14-nə təyin edilib.

İşə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin 31 avqust tarixində baş verib. Samir Eynalov Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan Nizami Nuriyevi öldürüb. S.Eynalov ilkin ifadəsində bildirib ki, hadisədən əvvəl mərhum onu görərkən gülüb. Aralarında daha öncə də ədavət olduğundan, S.Eynalov N.Nuriyevdən qisas almaq qərarına gəlib. O, köhnə qonşusu N.Nuriyevə bir neçə dəfə bıçaqla zərbə endirib. Ağır bədən xəsarəti alan yaralı dünyasını dəyişib.

Bu ilin oktyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs S.Eynalovun müdafiəçisi Emil Aslanov onun əməlinin Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə,xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsindən 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsinə tövsif edilməsini istəyib. Məhkəmə heyəti vəsatəti təmin edib. S.Eynalov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkənmişin hüquqi varisi apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsi prokurorun apellyasiya protestini və zərərçəkmişin hüquqi varisinin apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi