Bakıda keçmiş qaynının gözünü çıxarmaqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda keçmiş qaynının gözünü çıxarmaqda təqsirləndirilən şəxsə hökm oxunub Səyyaf Həsənov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
23 Avqust , 2017 10:08
Bakıda keçmiş qaynının gözünü çıxarmaqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 23 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəmsində keçmiş qaynının gözünü çıxararaq öldürməyə cəhddə təqsirləndirilən 1987-ci il təvəllüdlü Səyyaf Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Həsənov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Həsənov keçmiş qaynı Elnur Cəbrayılovu yaşadığı mənzildə qətlə yetirməyə cəhd etməkdə ittiham edilir. Rəsmi məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 25-də Bakı şəhər sakini E.Cəbrayılovun evinə girib ona üz nahiyəsindən kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini S.Həsənov tutulub.

Hadisə 2016-cı il iyunun 25-də Binəqədi rayonu, Sulutəpə qəsəbəsində qeydə alınıb. Zərərçəkən E.Cəbrayılovun anası Səbinə Cəbrayılova ilkin ifadəsi zamanı deyib ki, qızının keçmiş əri gecə saatlarında evlərinə daxil olaraq oğlunu öldürmək istəyib. Bu zaman bıçaqla onun bir gözünü çıxarıb, o birinə isə xəsarət yetirib. Boğazını kəsmək istəyəndə E.Cəbrayılov qolu ilə ona maneə olub. Səs-küyə ailənin digər üzvləri oyandığı üçün S.Həsənov pəncərədən qaçıb.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.

S.Həsənov isə istintaqda və məhkəmədə verdiyi ifadəsində ittihamı qəbul etmədiyi və hadisə günü Bakıda olmadığını deyib.

Son xəbərlər

Orphus sistemi