Prokuror Bakıda keçmiş qayınatasını öldürən şəxsə 19 il cəza istəyib

Prokuror Bakıda keçmiş qayınatasını öldürən şəxsə 19 il cəza istəyib Bakı. 8 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Samir Şabanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
8 Yanvar , 2019 16:12
Prokuror Bakıda keçmiş qayınatasını öldürən şəxsə 19 il cəza istəyib

Bakı. 8 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Samir Şabanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror isə S.Şabanovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra mərhum Hətəm Şabanovun qardaşı çıxış edib. O, S.Şabanova istənilən cəzadan narazı qaldığını, onun ömürlük azadlıqdan məhrum edilməsini tələb edib.

Məhkəmənin növbəti iclası yanvarın 15-nə təyin olunub.

Qeyd edək ki, S.Şabanov ötən il aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini, keçmiş qayınatası Hətəm Şabanovu küt alətlə qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi