Bakıda keçmiş məhkumu amansızlıqla qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Bakıda keçmiş məhkumu amansızlıqla qətlə yetirən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası dekabrın 21-nə təyin edilib
Hadisə
14 Dekabr , 2018 16:46
Bakıda keçmiş məhkumu amansızlıqla qətlə yetirən şəxsin məhkəməsi başlayıb
0 : 00
0 : 00

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş məhkumu qətlə yetirməkdə təqsirləndirilən Etibar Qəhrəmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 21-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü E.Qəhrəmanov həmyerlisi, 1983-cü ildə anadan olmuş Əlizadə Xanzadəni qətlə yetirib.

Onların hər ikisi əvvəllər məhkum olunmuş şəxslərdir.

Daha sonra E.Qəhrəmanov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi