Bakıda keçmiş məhkumlar boğazlarını kəsərək intihara cəhd göstəriblər

Bakıda keçmiş məhkumlar boğazlarını kəsərək intihara cəhd göstəriblər Hər iki yaralı polislərin nəzarəti altında xəstəxanaya yerləşdirilib
Hadisə
24 Fevral , 2018 08:29
Bakıda keçmiş məhkumlar boğazlarını kəsərək intihara cəhd göstəriblər

Bakı. 24 fevral. REPORT.AZ/ Xətai rayonunda intihara cəhd hadisələri qeydə alınıb.

"Report"un xəbərinə görə, hadisələr Qaçaq Nəbi və Səməd bəy Mehmandarov küçələrində baş verib.

1992-ci il təvəllüdlü Əsədullayev Elşad Elşən oğlu və 1982-ci il təvəllüdlü Abbasov Ənvər oğurlanmış su nasoslarını Səməd bəy Mehmandarov küçəsində satarkən hüquq-mühafizə orqanlarının əməkdaşları onların izinə düşüb. E.Əsədullayev qaçaraq Qaçaq Nəbi küçəsindəki evində gizlənməklə boğazını kəsərək intihara cəhd göstərib.

Ə.Abbasov isə qaçmağa macal tapmayıb. Lakin o da boğazını kəsərək məsuliyyətdən yayınmaq istəyib. 

Hər iki yaralı polislərin nəzarəti altında xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, onlar əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə həbsdə olublar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi