Bakıda keçmiş məhkumdan tapança götürülüb

Bakıda keçmiş məhkumdan tapança götürülüb Bakı şəhəri, Sabunçu rayonunda keçmiş məhkumdan silah-sursat götürülüb.
Hadisə
13 Sentyabr , 2019 09:51
Bakıda keçmiş məhkumdan tapança götürülüb

Bakı şəhəri, Sabunçu rayonunda keçmiş məhkumdan silah-sursat götürülüb.

“Report”un xəbərinə görə, Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 13-cü Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tərdbirləri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 181, 221 və 263-cü maddələri ilə məhkum olunmuş, 1961-ci il təvəllüdlü M.Əsgərov saxlanılıb.

Polis əməkdaşları onun üzərindən naqan tipli, nömrəsi silinmiş tapança, 2 ədəd patron aşkar edərək götürüblər.

Son xəbərlər

Orphus sistemi