Bakıda keçmiş məhkumdan heroin və oyuncaq tapança götürülüb

Bakıda keçmiş məhkumdan heroin və oyuncaq tapança götürülüb Bakıda keçmiş məhkumdan narkotik vasitə və oyuncaq tapança aşkarlanıb.
Hadisə
25 Noyabr , 2019 12:17
Bakıda keçmiş məhkumdan heroin və oyuncaq tapança götürülüb

Bakıda keçmiş məhkumdan narkotik vasitə və oyuncaq tapança aşkarlanıb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Səbail rayon ərazisində baş verib.

Belə ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini, 1969-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş F.Ağayev saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 1,056 qram heroin və dəmir korpuslu oyuncaq tapança aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi