Bakıda keçmiş məhkum tanışını döyərək qətlə yetirib

Bakıda keçmiş məhkum tanışını döyərək qətlə yetirib Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakıda keçmiş məhkum tanışını taxta parçası ilə döyərək öldürüb.
Hadisə
12 Sentyabr , 2018 12:51
Bakıda keçmiş məhkum tanışını döyərək qətlə yetirib
0 : 00
0 : 00

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakıda keçmiş məhkum tanışını taxta parçası ilə döyərək öldürüb. 

"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə sentyabrın 11-də Sabunçu rayonu ərazisində qeydə alınıb. 

Belə ki, həmin rayonda yaşayan, əvvəllər məhkum olunmuş Bahadur Cəfərov evində münaqişə zəminində Bakı şəhər sakini olan tanışı Rəfayel Rzayevi taxta parçası ilə döyərək qətlə yetirib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə B.Cəfərov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi