Bakıda keçmiş məhkum qadına xəsarət yetirib.
“Report”un məlumatına görə, hadisə Binəqədi rayon ərazisində baş verib.
Belə ki, İmişli rayon sakini, 1957-ci il təvəllüdlü, əvvəllər Rusiya Federasiyasında məhkum olunmuş M.Qənbərov 1963-cü il təvəllüdlü F.Cəfərovaya qapalı kəllə-beyin travması xəsarəti yetirməklə qəsdən sağlamlığına ağır zərər vurub və hadisə yerindən qaçıb.
Daha sonra M.Qənbərov Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Binəqədi RPİ-in İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.