Bakıda keçmiş məhkum qadına qarşı soyğunçuluq edib

Bakıda keçmiş məhkum qadına qarşı soyğunçuluq edib Əməliyyat-axtarış tədbirləri aparılır
Hadisə
7 aprel 2017 05:18
Bakıda keçmiş məhkum qadına qarşı soyğunçuluq edib

Bakı. 7 aprel. REPORT.AZ/ Bakıda keçmiş məhkum qadına qarşı soyğunçuluq edib.

“Report”un xəbərinə görə, hadisə Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 14-ün qarşısında baş verib.

Belə ki, naməlum şəxs 1971-ci il təvəllüdlü M.Əliyevanın içərisində 155 manat və mobil telefon olan əl çantasını əlindən alıb.

Əvvəllər məhkum olunduğu bildirilən həmin şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Orphus sistemi