Bakıda keçmiş məhkum bıçaqlanıb

Bakıda keçmiş məhkum bıçaqlanıb O, ərəb turistlər tərəfindən bıçaqlandığını desə də, yalanının üstü açılıb
Hadisə
5 May , 2018 04:33
Bakıda keçmiş məhkum bıçaqlanıb

Bakı. 5 may. REPORT.AZ/ Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1966-ci il təvəllüdlü Cabbarov Azər Firuddin oğlu bıçaqlanaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

O, ilkin dindirilmə zamanı bildirib ki, guya paytaxtın mərkəzindən keçən Nizami küçəsində ərəb turistlər tərəfindən bıçaqlanıb.

Lakin, Sabunçu RPİ-nin əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, A.Cabbarov Balaxanı qəsəbəsində tanışı tərəfindən bıçaqlanıb.

Hadisənin dəqiq kim tərəfindən törədildiyi araşdırılır.

A.Cabbarov əvvəllər məhkumluq həyatı yaşayıb.

Son xəbərlər

Orphus sistemi