Yuxarı

Bakıda keçmiş məhbusdan külli miqdarda narkotik vasitə götürülüb

Narkotik vasitənin mənbəyi araşdırılır

Bakı. 13 dekabr. REPORT.AZ/ Bakıda keçmiş məhbusdan külli miqdarda narkotik vasitə götürülüb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Nəsimi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, cibgirlik cinayətlərində şübhəli olan Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1964-cü il təvəllüdlü Etibar Məmmədzadə tutulub. Şübhəli şəxsin üzərindən 1,890 qram tiryək aşkar olunaraq götürülüb.

E.Məmmədzadənin narkotik vasitəni haradan əldə etməsini müəyyən etmək istiqamətində araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi