Bakı. 13 noyabr. REPORT.AZ/ Bakıda keçmiş icra məmuru Asif Məmmədov həbs edilib.
"Report"un xəbərinə görə, ona qarşı Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
A.Məmmədov vətəndaşlar - Ələkbər Zeynalov və Naibə Piriyevaya işə düzəldəcəyi vədini verib. Lakin sonradan keçmiş icra məmuru vədinə əməl etməyib.
Hər iki şəxsin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan A.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Artıq onun cinayət işinin ibtidai istintaqı başa çatıb və baxılması üçün Bakı
Məhkəmənin hazırlıq iclası noyabrın 20-nə təyin edilib.
Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.
Qeyd edək ki, A.Məmmədov daha əvvəl Salyan Rayon Məhkəməsi və Bakı Ağır Cinayətlər Məhkəməsində icra məmuru vəzifəsində çalışıb.