​Bakıda keçmiş ərini öldürən qadın məhkəmədə ifadə verib

​Bakıda keçmiş ərini öldürən qadın məhkəmədə ifadə verib Məhkəmənin növbəti iclası mayın 2-nə təyin edilib
Hadisə
25 Aprel , 2016 15:49
​Bakıda keçmiş ərini öldürən qadın məhkəmədə ifadə verib

Bakı. 25 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş ərini öldürməkdə təqsirləndirilən 1985-ci il təvəllüdlü Səbinə İmanovanın cinayət işi üzrə məhkəmə başlayıb.

"Report"un məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət iitihamçısı ittiham aktını elan edib.

Daha sonra təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsində keçmiş ərinin ondan əl çəkmədiyini, tez-tez işlərinə qarışdığını bildirib.

Zərərçəkmiş şəxsin hüquqi varisi (atası) Rüfət Məmmədov da ifadə verib R.Məmmədov ifadəsində S.İmanovanın onun oğlundan əl çəkmədiyini deyib.

Məhkəmənin növbəti iclası mayın 2-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il Nəsimi rayonunda baş verib. S.İmanova keçmiş ərini bıçaqla qətlə yetirib. Polis əməkdaşları tərəfindən saxlanılan S.İmanova hadisəni sərxoş vəziyyətdə törətdiyini bildirib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, S.İmanova bundan qabaq narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhbusluq həyatı yaşayıb.

Son xəbərlər

Orphus sistemi