Bakıda keçmiş arvadını yandıraraq öldürən şəxs: "Sosial şəbəkədə də kiminləsə danışırdı..."

Bakıda keçmiş arvadını yandıraraq öldürən şəxs: "Sosial şəbəkədə də kiminləsə danışırdı..." Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını yandıraraq öldürməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
12 Oktyabr , 2018 15:20
Bakıda keçmiş arvadını yandıraraq öldürən şəxs: Sosial şəbəkədə də kiminləsə danışırdı...

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını yandıraraq öldürməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə M.Müzəffərov özünü təqsirli bildiyini deyib.

O, sərbəst ifadəsində söyləyib ki, keçmiş arvadı başqa şəxslə telefonda danışıb, ona xəyanət edib: "Sosial şəbəkədə də kiminləsə danışırdı. Araşdırdım və həmin adamı da tapdım. Sonra boşanmaq üçün məhkəməyə müraciət etdim və boşandıq. Onu öldürmək istəmirdim. Bildirdim ki, məndən uzaq ol. O, rayondan çıxıb Bakıya qohumu evinə gəldi. Lakin bir yerdə dayana bilmirdim. Fikirləşdim ki, gedib onunla danışım və niyə belə etdiyini soruşum".

M.Müzəffərov qeyd edib ki, benzin alıb, keçmiş arvadının işlədiyi mağazaya gedib: "İstəyirdim ki, benzini onun üzərinə töküm və sifəti yanıb tanınmaz hala düşsün. Mağazaya girib benzini üzünə tökdüm və onu yandırdım. Həmin zaman polisin gələcəyini düşündüm və oradan uzaqlaşdım".

Məhkəmədə elan olunub ki, M.Müzəffərov həyat yoldaşından boşanandan sonra bir müddət aliment ödəməyib.

O, ifadəsinin davamında keçmiş həyat yoldaşını boşanandan sonra döydüyünü də bildirib: "Bir qədər keçəndən sonra o, uşağı da götürüb qaçdı".

Qeyd edək ki, hadisə bu il aprel ayında Bakının "Memar Əcəmi" metrostansiyasının yaxınlığında yerləşən "Manat Shop" mağazasında baş verib. 

Son xəbərlər

Orphus sistemi