Bakıda karantini pozaraq işləyən moda evi aşkarlandı

Bakıda karantini pozaraq işləyən moda evi aşkarlandı Nəsimi rayonunda karantin qaydalarını pozaraq işləyən moda evi aşkar edilib.
Hadisə
739
13 Yanvar , 2021 16:42
Bakıda karantini pozaraq işləyən moda evi aşkarlandı

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbir zamanı rayon ərazisində karantin qaydalarını pozaraq fəaliyyət göstərən moda evi aşkar edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, 28 may küçəsində yerləşən binada fəaliyyət göstərən moda evinin sahibi D.Bağırova və dərzi kimi işləyən S.Mərdəliyeva 22-ci Polis Bölməsinə dəvət olunub. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilib.

Son xəbərlər

Orphus sistemi