Bakıda karantini pozan kafelər aşkarlandı, 26 nəfər cərimələndi

Bakıda karantini pozan kafelər aşkarlandı, 26 nəfər cərimələndi Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları xidmət zamanı Yeni Günəşli qəsəbəsində "Azad" və "Çinar"adlı kafelərdə müştərilərə yerində xidmət göstərildiyini və karantin rejiminə əməl edilmədiyini aşkarlayıblar.
Hadisə
15 Yanvar , 2021 12:49
Bakıda karantini pozan kafelər aşkarlandı, 26 nəfər cərimələndi

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları xidmət zamanı Yeni Günəşli qəsəbəsində "Azad" və "Çinar"adlı kafelərdə müştərilərə yerində xidmət göstərildiyini və karantin rejiminə əməl edilmədiyini aşkarlayıblar.

DİN Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, obyektlərin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb.

Ora baxış zamanı "Azad" kafesinin icarədarı Şərafət Hacıev və "Çinar" kafesinin sahibi Tural Mirzəyev saxlanılaraq 33-cü Polis Bölməsinə gətiriliblər. Onlar barəsində qanunla nəzərdə tutulan qaydada inzibati protokollar tərtib edilib.

Həmçinin hər iki kafedə olan ümumilikdə 26 nəfər müştəri barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə edilib və həmin şəxslərlə profilaktik söhbətlər aparılıb.

Son xəbərlər

Orphus sistemi