Bakıda “Kalaşnikov” satmaq istəyən şəxs saxlanılıb
Hadisə
- 02 dekabr, 2023
- 06:03
Bakının Yasamal rayonunda “Kalaşnikov” avtomatı və 30 ədəd patron satmaq istəyən şəxs saxlanılıb.
“Report” xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən növbəti tədbir nəticəsində əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Yevlax rayon sakini Şakir Şadmanov Yasamal rayonu ərazisində saxlanılıb.
Onun üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb. Araşdırma zamanı izahatı alınan Ş.Şadmanov avtomatı bir müddət əvvəl əldə etdiyini və satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Faktla bağlı 29-cu PŞ-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Son xəbərlər
01:13
Aleksandar Vuçiç vəzifəsindən istefa verəcəyi dəqiq tarixi açıqlayıb
Digər ölkələr00:42
Komorun Sərhəd Xidməti 116 qanunsuz miqrantı daşıyan gəmini saxlayıb
Digər ölkələr00:14
Ermənistanın Qarabağ reaksiyası sülh prosesində etimad problemini aktuallaşdırıb - ŞƏRH
Analitika00:00
Azərbaycanda Bilik Günüdür
Elm və təhsil00:00
Bakının erməni-bolşevik işğalından azad olunmasından 108 il ötür
Daxili siyasət23:46
SEPAH: Hörmüz boğazında neft tankeri partlayıb
Region23:33
AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir
Digər ölkələr23:16
Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 1 613 şübhəli saxlanılıb
Region22:59
Foto