Bakıda “Kalaşnikov”la gəzən keçmiş məhkumun məhkəməsi başlayır

Bakıda “Kalaşnikov”la gəzən keçmiş məhkumun məhkəməsi başlayır Bakıda qanunsuz silah-sursat saxlamada təqsirləndirilən Çingiz Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb
Hadisə
128
1 May , 2021 09:16
Bakıda “Kalaşnikov”la gəzən keçmiş məhkumun məhkəməsi başlayır
Çingiz Quliyev

Bakıda qanunsuz silah-sursat saxlamada təqsirləndirilən Çingiz Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, cinayət işi yekunlaşdırılaraq Sabunçu Rayon Məhkəməsinə göndərilib.

İş hakim Süleyman Ağayevin icraatına verilib.

Qeyd edək ki, Ç.Quliyev Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Cinayət Axtarış İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin (RPŞ) əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat tədbirləri zamanı saxlanılıb.

Belə ki, əvvəllər dəfələrlə məhkum olunmuş Ç.Quliyevin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs qısa zamanda Sabunçu rayonu ərazisində tutulub.

Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 2 ədəd sandıqça və 30 ədəd patron aşkar olunaraq götürülüb. Çingiz Quliyev silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapmasına baxmayaraq, polis əməkdaşlarına təhvil vermədiyini bildirib.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Çingiz Quliyev barəsində cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi