Bakıda kafe işçiləri arasında bıçaqlanma olub - YENİLƏNİB - FOTO - VİDEO

Bakıda kafe işçiləri arasında bıçaqlanma olub - YENİLƏNİB - FOTO - VİDEO İnsident nəticəsində bir nəfər yaralanıb
Hadisə
15 Sentyabr , 2017 06:54
Bakıda kafe işçiləri arasında bıçaqlanma olub - YENİLƏNİB - FOTO - VİDEO

Foto və video əlavə olunub


***02:14

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, insident Dadaş Bünyadzadə küçəsində yerləşən "Xəmirçi" kafesində qeydə alınıb.

Müəssisənin iki əməkdaşı arasında mübahisə olub. Onlar bayıra çıxaraq münasibətlərini ayırd etməyə başlayıblar. Bu zaman tərəflərdən biri digərinə bıçaqla xəsarət yetirib. Zərərçəkmiş 18 yaşlı Məmmədov Vüqar İbrahim oğlu 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis bölməsinə məlumat verilib. Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi