Bakıda kafedən 10 000 manatlıq avadanlıq oğurlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki kafelərin birindən 10 000 manat dəyərində avadanlıq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Azayev saxlanılıb.