Bakıda Sevgililər Gününü qeyd edən 15 nəfər cərimələndi

Bakıda Sevgililər Gününü qeyd edən 15 nəfər cərimələndi Paytaxtın Nizami rayonunda fevralın 14-də xüsusi karantin rejim qaydalarına əməl etməyən kafe müəyyən olunub
Hadisə
877
17 Fevral , 2021 16:13
Bakıda Sevgililər Gününü qeyd edən 15 nəfər cərimələndi

Paytaxtın Nizami rayonunda fevralın 14-də xüsusi karantin rejim qaydalarına əməl etməyən kafe müəyyən olunub.

DİN Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, "Cənub” kafesində 14 fevral - Sevgililər Günü ilə əlaqədar 15 nəfər şəxsin həmin günü qeyd etmələri aşkarlanıb.

İctimai iaşə obyektin icarədarı və tədbirin iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq, barələrində inzibati protokollar tərtib olunub.

Son xəbərlər

Orphus sistemi