Yuxarı
    Bağlamaq

    Bakıda kafedə müştəriyə qarşı soyğunçuluq edən şəxs məhkəmə zalında həbs edilib

    Surət Məmmədov, Sevinc Hüseynova və Fərhad Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb
    Bakı. 2 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Surət Məmmədov, Sevinc Hüseynova və Fərhad Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
    "Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
    Məhkəmənin hökmü ilə S.Məmmədov 6 il, S.Hüseynova isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. S.Hüseynova barəsində şərti cəza verilib.
    Barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş F.Abdullayev isə 5 il həbs cəzası alıb və məhkəmə zalında həbs olunub.
    Qeyd edək ki, hadisə ötən ilin yayında Bakıda yerləşən kafelərin birində baş verib. S.Məmmədov, S.Hüseynov və A.Abdullayev kafeyə müştəri kimi gələn zərərçəkmişə qarşı soyğunçuluq edib və onun 350 manat pulunu əlindən alıblar. 
    Həmin şəxslər Cinayət Məcəlləsinin 180.2.4-cü (soyğunçuluq insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunublar.
    İstintaq dövründə S.Hüseynova və F.Abdullayevin barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi