Bakıda kafedə 41 yaşlı kişi bıçaqlanıb

Bakıda kafedə 41 yaşlı kişi bıçaqlanıb Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır
Hadisə
11 Aprel , 2017 08:17
Bakıda kafedə 41 yaşlı kişi bıçaqlanıb

Bakı.11 aprel. REPORT.AZ/ Bakıda kafedə mübahisə zamanı 41 yaşlı kişi bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, Lökbatan qəsəbəsində kafelərin birində dava baş verib. Nəticədə 1976-cı il təvəllüdlü Ağayev Elxan Şıxbaba oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. 

Ağır xəsarət alan E.Ağayev 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi