
Bakı. 10 noyabr. REPORT.AZ/ Bakının Nəsimi rayonunda oğurluqla məşğul olan şəxs saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci və 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, 1982-ci il təvəllüdlü Bakı şəhər sakini Mehman Fətəliyev tutulub. M.Fətəliyev vətəndaş Elvin Məhərrəmova məxsus kafedən, Aysel Həsənlinin, Mətləb Tağıyevin, Maksim Selinskinin, Ceyhun Məlikovun, Oqtay Kərimovun evindən, Kamran Nəbiyevin ofisindən oğurluq törətməkdə şübhəli bilinir. Araşdırma zamanı M.Fətəliyevin əvəllər məhkum olunduğu məlum olub.
Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi başlanılıb.