Bakıda jurnalistin çantası oğurlanıb - VİDEO

Bakıda jurnalistin çantası oğurlanıb - VİDEO Faktla bağlı araşdırma aparılır
Hadisə
2 Mart , 2018 13:16
Bakıda jurnalistin çantası oğurlanıb - VİDEO

Bakı. 2 mart. REPORT.AZ/ Bakıda jurnalist Ülkər Qasımqızının çantası oğurlanıb.

Zərərçəkənin “Report”a verdiyi məlumata görə, hadisə fevralın 28-də Qara Qarayev prospekti 39/47 ünvanında “Oskar” mebel salonunun qarşısında qeydə alınıb.

Ü.Qasımqızının sözlərinə görə, toyu ərəfəsində mebellərə baxmaq üçün həmin salona giriblər: “Maşının qapıları örtülü olsa da, açar ilə bağlanmamışdı. Mebel salonunda olmağımızdan istifadə edən naməlum şəxs avtomobilin arxa oturacağına qoyduğum çantamı götürərək qaçıb. Çantamda mənə məxsus şəxsiyyət vəsiqəsi, evin 2 açarı, maaş kartım, nişanlımın Gürcüstan Respublikasına məxsus ümumvətəndaşlıq pasportu, anama məxsus maaş kartı və digər əşyalar var idi”.

Zərərçəkən şəxs Nizami Rayon 25-ci Polis Bölməsinə məlumat verdiyini, hadisənin görüntülərini polisə təqdim etdiyini deyib.

Qeyd edək ki, Ülkər Qasımqızı “Xəzər” televiziyasında müxbir vəzifəsində çalışır.  

Son xəbərlər

Orphus sistemi