Bakıda itkin düşmüş 6 nəfər tapılıb

Bakıda itkin düşmüş 6 nəfər tapılıb Həmin şəxslər ailələrinə təhvil verilib
Hadisə
19 Noyabr , 2014 12:07
Bakıda itkin düşmüş 6 nəfər tapılıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Bakıda itkin düşmüş kimi axtarışda olan 6 nəfər tapılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Qaradağ Rayon Polis İdarəsi (RPİ) 10-cu Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, itkin düşən Firuzə Məmmədova qızı Melisa ilə birlikdə evə qaytarılıb. Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə, itkin düşən İbrahim Hüseynov tapılaraq yaxınlarına təhvil verilib. Nəsimi  RPİ 20-ci PB, Yasamal RPİ 26-cı PB, Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdiyi analoji əməliyyat nəticəsində isə müvafiq olaraq itkin düşən Güllü Ələkbərova, Elçin Misirov və Ramil Babayev evə qaytarılıb.

Son xəbərlər

Orphus sistemi