Bakıda itkin düşmüş Rusiya vətəndaşı tapılıb.
“Report”un xəbərinə görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən oktyabrın 21-də paytaxtın, Sabunçu qəsəbəsi ərazisində itkin düşmüş Rusiya vətəndaşı, 1980-ci il təvəllüdlü Natalya Dubrovskaya tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, N.Dubrovskaya oktyabrın 21-də həyat yoldaşı ilə birgə yaşadığı Sabunçu qəsəbəsinin E.Mehdiyev küçəsindəki nömrəsiz fərdi evdən çıxmış və bir daha geri qayıtmamışdı.