Bakıda itkin düşən qızları evində gizlədən taksi sürücüsü saxlanılıb - YENİLƏNİB

Hadisə
  • 26 aprel, 2025
  • 21:38
Bakıda itkin düşən qızları evində gizlədən taksi sürücüsü saxlanılıb - YENİLƏNİB
Courtesy İmage

Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Araşdırma DİN-in nəzarətinə götürülüb.

20:56

Bakıda itkin düşmüş kimi axtarış aparılan şəxslər tapılıb.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

O deyib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarış aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.

Hazırda onların qaçma səbəbləri və digər təfərrüatları araşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti