Bakıda itkin düşən gənc tapılıb

Bakıda itkin düşən gənc tapılıb Onun harada olduğu barədə hələlik açıqlama verilmir
Hadisə
14 İyun , 2017 16:53
Bakıda itkin düşən gənc tapılıb

Bakı. 14 iyun. REPORT.AZ/ Bakıda itkin düşən yeniyetmə tapılıb.

Bu barədə "Report"a itkin düşən 16 yaşlı Dərya İlkin oğlu Məhərrəmzadənin qohumları məlumat verib.

Məlumata görə, iki gün əvvəl təhsil aldığı məktəbə gedən D.Məhərrəmzadə sinif yoldaşları ilə görüşdükdən sonra naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. O, bu gün özü evə gəlib və onun harada olduğu barədə hələlik açıqlama verilmir. Ailəsinə bildirib ki, polisə müvafiq izahat verilib.

Xatırladaq ki, D.Məhərrəmzadə Bakı şəhərində 12 saylı Peşə liseyində aşbazlıq üzrə təhsil alır.

Son xəbərlər

Orphus sistemi