Bakıda istixanada sahibkar və 22 nəfər cərimələndi

Bakıda istixanada sahibkar və 22 nəfər cərimələndi Sabunçu Rayon Polis İdarəsi və 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən karantin qaydalarını pozan şəxslərə qarşı tədbir keçirilirb.
Hadisə
10 İyul , 2020 18:43
Bakıda istixanada sahibkar və 22 nəfər cərimələndi

Sabunçu Rayon Polis İdarəsi və 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən karantin qaydalarını pozan şəxslərə qarşı tədbir görülüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, rayonun 2 nömrəli Sovxoz adlanan ərazisində yerləşən pomidor məhsulu yetişdirilən istixanada da karantin qaydalarının pozulması faktı aşkarlanıb. “Qızıl noxur“ adlı obyektin sahibi Kamil Musayevə məxsus istixanada 55 nəfərin sosial məsafə gözlənilmədən toplaşmaları və işləmələri müəyyən edilib.  

Araşdırma zamanı həmin şəxslərdən 32 nəfərin icazəsinin olması müəyyən edilsə də, digər 23 nəfərin 1 otaqlı tiklidə sosila məsafə gözləmədən xüsusi karantin qaydalarını pozduqları aşkarlanıb.

22 nəfər və sahibkar Kamil Musayev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələniblər.

Son xəbərlər

Orphus sistemi