Yuxarı

​Bakıda istirahət mərkəzindən oğurluq olub

Tutulan şəxsdən marixuana götürülüb

Bakı. 16 fevral. REPORT.AZ/ Bakının Binəqədi rayonunda istirahət mərkəzindən oğurluq olub.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də rayon ərazisindəki istirahət mərkəzlərinin birindən 300 metr elektrik naqili və məişət əşyaları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunan Cabir Mustafayev tutulub. Ondan 6,99 qram marixuana götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi